Məhkəmə dələduzluqda ittiham olunan şəxsin günahsız olduğunu ortaya çıxardı


  • 20 Fevral 18:15

Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Gündüz Abasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib və təqsirsiz elan edilib. G.Abbasov barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam"
qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, ittihahama görə, G.Abbasov tamah niyyətilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onun yaşadığı evin həyətyanı sahəsindən 0,02 hektar sahəsini 7000 manata, 1 ədəd hovuzu isə 300 manata satacağını vəd verib aldadaraq onun şəxsin 6700 manat pulunu ələ keçirərək dələduzluq edib. G.Abbasova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Lakin məhkəmə istintaqı zamanı toplanmış sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə ittihamın irəli sürülməsinə əsas olmuş hal, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ittihamda öz əksini tapmayıb. Belə ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlməyib. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinin tələblərinə əsasən, yəni məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər