Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü 3 il azadlıqdan məhrum edildi


  • 21 Fevral 12:06

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Ülvi Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Xəzər Rayon məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə oxunub.

Hökmə əsasən, Ü.Vəliyev 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Ülvi Vəliyev idarə etdiyi "KamAZ" markalı avtomobillə 2006-cı il təvəllüdlü Elnur Cəbrayılovun idarə etdiyi motosikletlə toqquşub. Motosikletin sürücüsü Elnur Cəbrayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb, motosikletdə olan sərnişin 2009-cu il təvəllüdlü Kənan Əliyev isə xəsarət alıb. "KamAZ" markalı avtomobilin sürücüsü Ülvi Vəliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər