Kafedə adam bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 21 Fevral 16:51

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən İsmixan Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İsmixan Aslanov Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsində yerləşən kafedə dava zamanı Ramiz Atabalayevi bıçaqlamaqda təqsirləndirilir. İ.Aslanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər