Qaxda oğurluqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır


  • 21 Fevral 17:07

Qaxda xırdabuynuzlu heyvanları oğurlamaqda təqsirləndirilən Ülvi Bayramov və Rafael Nəsirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilib.

Hakim Malik Qarayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 7-nə təyin olunub.

Qeyd edək ki, Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov Qax rayonunda xırdabuynuzlu heyvanların oğurlanmasında təqsirləndirilirlər. Araşdırma zamanı saxlanılan şəxslərin ötən ilin noyabr ayı ərzində 3 dəfə Rafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək burada soyğunçuluq və oğurluq etdikləri məlum olub. Onlar ifadələrində ələ keçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq orada satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər