"Arash Medical Company" cərimələnə bilər


  • 21 Fevral 17:44

"Arash Medical Company" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Arash Medical Company" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər