Məzmuna keç

Yevlaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Yevlaxda tanışını öldürməkdə təqsirləndirilən Saleh Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin olunub.

Qeyd edək ki, Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu şəxsi münasibətlər zəminində 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğlunu odlu silahla qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə