Məzmuna keç

Binəqədi Tibb Mərkəzinə cərimə yazıldı

"Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi" publik-hüquqi şəxsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elçin Ağayevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, Binəqədi Tibb Mərkəzi üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə