Məzmuna keç

Ağsuda ata və oğulun öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Ağsuda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Həsən Həsənlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Ağsu dolaylarında baş verib. Belə ki, Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Əmir Xangəldiyev və oğlu 2008-ci il təvəllüdlü oğlu Məsud Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Nəqliyyat vasitəsinin sürücüsü Həsən Həsənliyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə