Ağcabədidə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Elşad Həziyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası martın 1-nə təyin olunub.
Qeyd edək ki, hadisə Qaradolaq kəndində qeydə alınıb. 31 yaşlı Həziyev Elşad Rəşid oğlu mübahisə zamanı Vəliyev Murad Kamil oğlunun qarnına bir dəfə bıçaq zərbəsi vuraraq, xəsarət yetirib. Ona qarşı Cinayət Məcəllləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
