76 yaşlı kişini maşınla vurub öldürən sürücü hakim qarşısına çıxarılır


  • 26 Fevral 15:28

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəzası törətməkdə təqsirləndirilən Sakin Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Sakin Məmməd oğlu Məmmədzadə idarə etdiyi "Mercedes" markalı minik maşını ilə piyada 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. S.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər