Samuxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 26 Fevral 16:10

Samuxda tanışını öldürməkdə təqsirləndirilən Eltac Çələbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu Samux rayonu Burunqovaq kəndi ərazisində şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. polis polisə məlumat daxil olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər