Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı


  • 26 Fevral 18:37

"İlk İnşaat Taahhüt Sanayi Ve Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması) ilə inzibati protokol tərtib olunub.

Protokola Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər