Tovuzda qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası martın 12-nə təyin olunub.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tovuz rayon sakini Eldar İbrahimov aralarında yaranmış mübahisə zamanı çoban işlədiyi fermada 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nahiyəsindən dəmir alətlə vuraraq qəsdən öldürməkdə və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
