"Real Aqroresurs Kredit İttifaqı" MMC məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi MMC-yə qarşı kredit müqaviləsi ilə bağlı iddia qaldırıb.
İddia Şirvan Kommersiya Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.
Şəbnəm Mehdizadə
