Məzmuna keç

Cəlilabadda piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Alxas Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 7-nə təyin olunub.

Qeyd edək ki, Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi "VAZ-21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə