Məzmuna keç

Samuxda toyda adam bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Samuxda toyda adam bıçaqlamaqda təqsirləndirilən Fərhad Rəcəbovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 11-nə təyin olunub.

Qeyd edək ki, rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov şəxsi münasibətlər zəminində şəhər sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə