"Arkoz Travertin-Mərmər Zavodu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Naxçıvan Mr Naxçıvan Şəhər Məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Arkoz Travertin-Mərmər Zavodu" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
