Məzmuna keç

Sərnişinin öldüyü yol qəzasına görə avtobus sürücüsü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qubat Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq baş açatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nigar İmanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 7-də keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Qubat Ələsgərov idarə etdiyi sərnişin avtobusu ilə yolun sağ tərəfində dayanan "KamAZ" markalı yük avtomobilini vurub. Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Adikə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb. Q.Ələsgərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə