Məzmuna keç

Bakıda narkotiklə tutulan şəxsin məhkəməsi başlayır

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Allahyar İskəndərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində saxlanılan Allahyar İsgəndərlinin üstünə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədilə göndərdiyi heroini qəbul etdiyini bildirib. A.İskəndərliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə