Məzmuna keç

Mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Xəqani İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 7-nə təyin olunub.

Qeyd edək ki, Xəqani İsmayılov Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlamaqda təqsirləndirilir. O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı saxlanılıb. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə