Beyləqan Rayon Mərkəzi Xəstəxanası barəsində inzibati protokol tərtib olundu


  • 4 Mart 14:51

"Beyləqan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi (Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Beyləqan Rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər