Novxanıda bağ evindən 10 min manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb


  • 29 Mart 15:16

Abşeronda bağ evindən oğurluq etməkdə təqsirləndirilən Raul Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, Cəlilabad rayon sakini Raul Vəliyev Novxanı qəsəbəsindəki bağ evlərinin birindən 10 000 manat dəyərində məişət, elektrik və istixana avadanlıqlarını oğurlamaqda təqsirləndirilir. O, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Raul Vəliyevə qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər