"Araz Karqo" statistik məlumatların verilməsi qaydalarının pozulmasında günahlandırılır


  • 29 Mart 16:20

"Araz Karqo" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 398-ci (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Araz Karqo" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər