Mənzillərdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır


  • 29 Mart 16:33

Mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Səməd Səfərov, Xaləddin Əliyev və Azər Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, cinayət işi araşdırılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov Cəlilabad rayonu ərasizində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda təqsirləndirilirlər. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər