"City Finance" BOKT-a cərimə yazıldı


  • 29 Mart 16:45

"City Finance" Bank Olmayan Kredit Təşkilatı MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və iş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə "City Finance" iki min manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər