"Hazırda Məhkəmə-Hüquq Şurası yeni qanunvericilik bazası əsasında fəaliyyət göstərir. Halbuki əvvəllər, yəni, 1990-cı illərdə vəziyyət fərqli idi"
E-huquq.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin bu gün keçirilən iclasında deyib.
Məhkəmə sistemində ictimai baxış, birgə müzakirələrin əhəmiyyətini qeyd edən Əli Hüseynli bildirib ki, müasir dövrdə yanaşma və tələblər fərqlidir. Onun sözlərinə görə, məhkəmə-hüquq sistemindəki indiki sürət, qanunvericiliyin təkmilləşdirilməsi yaxşı nəticələr verir.
Daha təcrübəli hakimlərin yuxarı instansiyalara təyin edilməsinin vacibliyinə diqqət çəkən Milli Məclis sədrinin birinci müavini deyib ki, hakimlərin irəli çəkilməsi məsələsi məhdudlaşdırılmamalıdır.
