Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elbrus Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Pərviz Muradovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaaının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə aeroport şossesində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Ezim Rizvan oğlu Teymurov avtomobilinə yanacaq tökmək üçün dayanıb. Bu zaman digər avtomobil onu vurub. Ağır zərbə nəticəsində E.Teymurov hadisə yerində ölüb. E.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə