"Bazarstore" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Bazarstore" səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
