Bakıda adam öldürməkdə təqsirləndirilən Əhməd Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Leyla Əsgərova Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Əhməd Hüseynov aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
