Məzmuna keç

Paytaxtda evdən oğurluq etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Kamil Məmmədov və Qismət Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Kamil Məmmədov və Qismət Nəcəfov Binəqədi rayonu ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə