Məzmuna keç

Türkiyədə 23 şagird qidadan zəhərlənib

Türkiyənin Ordu şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ordunun Fatsa rayonunda yerləşən məktəbin yataqxanasında qalan 23 şagird axşam iftar yeməyindən sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə Fatsa Dövlət Xəstəxanasına müraciət edib.

Tələbələrdən 21-i müalicə olunduqdan sonra evə buraxılıb. Onlardan 2-nin müalicəsi davam edir.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə