"İrşad Electronics" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.1-ci (icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi inzibati protokol tərtib olunub və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Mustafayevin icraatına verilib.
Protokol təsdiq olunarsa, "İrşad Electronics" iki yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
