Məzmuna keç

Lənkəranda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Lənkəranda adam öldürməkdə təqsirləndirilən Bəhruz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Esmira Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Bəhruz Məmmədov Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.