- 4 Avqust 21:43
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Toğrul Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
E-huquq.az xəbər verir ki, Toğrul Əli bu təyinatadək Yevlax Rayon Məhkəməsinin sədri olub.
Qeyd edək ki, Toğrul Məhəmməd oğlu Əli 1973-cü ildə Bərdə rayonunda anadan olub. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.
2007-2008-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2008- 2010-cu illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi, 2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Toğrul Əli 2017-ci ildə Yevlax Rayon Məhkəməsinin sədri təyin olunub.