Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır


  • 9 Aprel 17:35

Şirvanda taksi sürücülərinə qarşı soyğunçuluq etməkdə təqdirləndirilən Elvin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Salyan rayon sakini Elvin Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb. O, törətdiyi əməlləri etiraf edib. E.Vəliyevə qarşı Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər