Məhkəmə Şirvanda oğurluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verəcək


  • 9 Aprel 17:41

Şirvanda oğurluq etməkdə təqsirləndirilən Zaur Pənahov və Kamal Gülüşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Səidə Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Kamal Gülüşov və Zaur Pənahov Şirvan şəhəri ərazisində bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinərək saxlanılıblar. Məlum olub ki, Zaur Pənahov ötən ilin dekabr və cari ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 manat maddi ziyan vurub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər