Silsilə oğurluq etməkdə təqsirləndirilən Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib və hakim Orxan Bayramovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər də məhkum olunmuşlar – Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev Hacıqabul, Ucar və Kürdəmirdə fərdi təsərrüfatlardan silsilə oğurluqlar etməkdə təqsirləndirilirlər. Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan həmin şəxslər heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittihamirəli sürülüb.
Şəbnəm Mehdizadə
