Məzmuna keç

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Murad Əliağazadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim İlham Cəfərzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Murad Əliağazadə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə