Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Elməddin Azizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elməddin Azizov rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
