Məhkəmə sahibkarın hüquqlarını qorudu, bəraət verildi


  • 29 May 11:41

Xaçmaz Rayon Məhkəməsində külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilən Etibar Əliverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, məhkəmə cinayət işini geniş araşdırıb, iş üzrə 3 ekspertiza təyin edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin vergidənyayınma əməli 200 min manatdan aşağı məbləğdə olub. Qanunvericiliyə görə, bu əməl cinayət tərkibi yaratmadığına görə, E. Əliyev barəsində bəraət hökmü çıxarılıb.

İttihama görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan E. Əliverdiyev 292 min manat məbləğində vəsaiti vergidən yayındırıb. Ona qarşı Cinayət Məcəlləsinin 231.2.2-ci maddəsi ilə cinayət işi açılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər