Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 20 İyun 14:10

Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rabin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Hakim Elxan Əlizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə şəhərin F.Əmirov küçəsində qeydə alınıb. 20 yaşlı Qasımov Rabin Ramin oğlu idarə etdiyi "Vaz-2107" markalı avtomobillə piyada 62 yaşlı Rəhimova Aybəniz Mahmud qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən müalicə aldığı hospitalda vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər