Məzmuna keç

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxundu

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Oleq Ağayevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Ağayev ötən ilin avqustunda Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İdarəyə dəvət edilən O.Ağayevin üstünə baxış zamanı 2 kilodan artıq kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki Oleq Ağayev 2007-2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin baş miçmanı olub.

Orxan Rasifoğlu