Məzmuna keç

Naxçıvan Ali Məhkəməsinin sədri vətəndaşları narahat edən problemlərlə bağlı tapşırıqlar verdi –

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi muxtar respublikanın rayonlarında vətəndaşları qəbul edib.

Bu barədə e-huquq.az-a Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan problemlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.