Külli-miqdarda dələduzluqda təqsirləndirilən Samir Həsənov və Nurlan Ağayevin məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Nurlan Ağayevin 9 il 6 ay, Samir Həsənovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən Nurlan Ağayevə bəraət verilib, Samir Həsənov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onlar zərərçəkmiş Rauf İsmayılova qarşı 425 min manatlıq dələduzluq etməkdə təqsirləndirilirlər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
