"Medera Hospital" məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, Xalq artisti Ağadadaş Ağayev hospitala qarşı mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırıb.
İddia Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "Medera Hospital"ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralamışdı.
Şəbnəm Mehdizadə
