Məzmuna keç

Fikrət Məmmədovun qızı deputat seçilib? – Konstitusiya Məhkəməsindən

Konstitusiya Məhkəməsi Fikrət Məmmədovun qızının deputat seçilməsi barədə xəbərlərə münasibət bildirib.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Yayılan xəbərləri təkzib edərək, həmin şəxsin hakim Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsinin olmadığını bildiririk", – deyə qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, 1 sentyabr 2024-cü il tarixində keçirilən növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızı Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızıdır