Məzmuna keç

Ramiz Rzayev məhkəmələrin fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərinə baxacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Ali

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Ali Məhkəmənin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən fevralın 21-də Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Ağsu Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, H.Əliyev küç., 135) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Ağsu Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.