Məzmuna keç

Məhkəmə Bakıya “London taksi”lərini gətirən şirkəti cərimələdi

Bakı Apelyasiya Məhkəməsində nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsində təqsirli bilinən “Bakı Taksi Xidməti” "MMC"-nin cərimələnməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı verilən şikayətə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “Bakı Taksi Xidməti” MMC-nin şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinərək, 300 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, "Bakı Taksi Xidməti" "London Taxi TX4" markalı minik avtomobilləri ilə paytaxtda xidmət göstərir.