Məzmuna keç

Azərbaycanda fəliyyət göstərən xarici şirkət müflis elan olunması ilə bağlı məhkəməyə müraciət etdi

Bakı Kommersiya Məhkəməsində ddiaçı “Azərbaycan-Şenqli Bohay Petrolium İncinirinq Şirkəti” MMC-nin müflis elan olunma barədə iddia ərizəsinə baxılıb

Bakı Kommersiya Məhkəməsində ddiaçı “Azərbaycan-Şenqli Bohay Petrolium İncinirinq Şirkəti” MMC-nin müflis elan olunma barədə iddia ərizəsinə baxılıb.

E-huquq.az xəbər verir ki, məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iş geri qaytarılmalıdır.

Məhkəmə qeyd edib ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin kreditorlar (“Hong Kong Oil Gas Limited” Şirkəti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi) tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməyib.

Buna görə məhkəmə nöqsanların aradan qaldırılması üçün iddia ərizəsini geri qaytarıb.