Bakı Kommersiya Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azman” mənzil tikinti kooperativinə qarşı yaranmış gömrük borcunun ödənilməsi tələbinə dair mülki işə baxılıb.
E-huquq.az xəbər verir ki, komitə gömrük əməliyyatları nəticəsində gömrük bəyannamələrinə əsasən dövlət büdcəsinə ödənilməli olan 228 min 827 manat məbləğində pul vəsaitinin “Azman” mənzil tikinti kooperativindən tutularaq dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edib.
Lakin məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Dövlət Kömrük Komitəsinə lazımi qaydada məlumat verilsə də, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyib. Eyni zamanda iddiaçının nümayəndəsi Həsənov Bəbir Hüseyn oğlu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş edib.
Buna görə məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.
